Читать книгу QIRMIZI BÖYÜRTKƏN онлайн
Birdən Ünalın anasını elə bil elektrik cərəyanı vurubmuş kimi qışqırmağa başladı:
– Vicdansızlar, əskiklər, zatıqırıqlar, mən indi anladım, siz hamınız burda heroin, həşiş satırsınız. Qarşınızdakı o bərəkət, böyürtkənlər sizə haram olsun.
Həmkəndliləri atasının üzünə baxıb:
– Deyəsən burda çox qalmaq fikriniz var? Apar da bunu burdan,– dedilər.
Atası anasına doğru çevrilib sakit səslə:
– Dedim axı, bura bizlik deyil,– deyərək həmkəndlilərinə doğru,– Birisi gün uşağın son zəngidir. Ona əyin-baş almalıyıq. Yoxsa yüz il də qala mən bura gəlməzdim,– səsləndi.
–Mən neynim ki, Siz qırmızı böyürtkən satmaq istəmirsiniz,-deyib qırmızı böyürtkən satan qonşu bic-bic gülümsədi.
Ünalın anasının isə hirsindən bağrı yarılırdı. Hələ də sakitləşmək bilməyən qadının ağzından od püskürürdü: «Mənim bu gözəl kəndimi bir gör nə hala salmısınız? Əclaflar…»
Uzaqdan polis avtomobili göründü…
Qırmızı böyürtkən satan qonşu polis avtomaşınına doğru döyüküb geri çevrildi, -Ünal yaxşı oğlandır. O, son zəngdə yaxşı geyinməlidir,-deyib,-əlini cibinə salıb pul çıxardı. Pulları Ünalın atasına doğru uzadıb, yanında dayanmış oğlana, -bu vedrələri bizə evə apar, mürəbbə bişirərlər,-dedi.
–Siz isə daha burda dayanmayın, di tez olun gedin,-deyib, Ünalın ata-anasını yola saldı.
Atası boş vedrələri əlinə alıb evlərinə tərəf yollandı. Anası isə yol boyu deyinə-deyinə onun ardınca gedirdi…
***
Bu gün son zəng günüdür. Ünal bir gün əvvəl ata-anasının onun üçün aldıqları ağappaq köynəyi, qara şalvarı, sübh tezdən fırçalayıb par-par parıldatdığı ayaqqabıları geyninib, kəndin ortasından keçən enli yolun qırağı ilə məktəbə sarı yola düzəldi. Digər kənd uşaqları da yol boyu sıra ilə düzülmüş evlərdən çıxıb, məktəb istiqamətində addımlayırdılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «Литрес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на Литрес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.